Hadisə
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı “youtube”da səs yazısı yayılıb.
Səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib.
Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad, soy adı şərtidir) öldürüb.
Onun iddiasına görə, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır:
“Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun “VAZ-2107” markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib. O bildirib: “Qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.
Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. (report)
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər