Kürdəmirdə dəhşətli qəza - Sürücü öldü, sərnişinin vəziyyəti ağırdır - FOTO
Bizi izləyin

Hadisə

Kürdəmirdə dəhşətli qəza - Sürücü öldü, sərnişinin vəziyyəti ağırdır - FOTO

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan sürücü "KİA" markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lovhəyə çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində keçinib. Hadisə zamanı sürücü Sumqayıt şəhər sakini, Aslan Qəhrəmanov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Sərnişin, Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm