SON DƏQİQƏ: Azərbaycanda yaşayış binası yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: Azərbaycanda yaşayış binası yanır - FOTO/VİDEO (YENİLƏNDİ)

Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

19:52

Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

Publika.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.//Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm