Azərbaycanda GÜCLÜ YANĞIN: iki ailə evsiz qaldı - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda GÜCLÜ YANĞIN: iki ailə evsiz qaldı - VİDEO

Şəki rayonunda fərdi yaşayış evi yanıb.

Publika.az "Report"a itinadən xəbər verir ki, yanğın Şəki şəhəri, Novruz küçəsi ev, 7 ünvanında qeydə alınıb.

Belə ki, 96 yaşlı Məmmədəli İbrahimova məxsus, ümumi sahəsi 150 kvadrat metr olan birmərtəbəli, üçotaqlı və bir aynəbənddən ibarət ev yanaraq külə dönüb. Alovun qarşısı digər tikililərə keçmədən alınıb. Yanğın nəticəsində evdə yaşayan iki ailə evsiz qalıb.

Hadisənin səbəbi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm