Bakıda piyadanı öldürüb qaçan avtomobilin sürücüsü tutuldu
Bizi izləyin

Hadisə

Bakıda piyadanı öldürüb qaçan avtomobilin sürücüsü tutuldu

Bakıda piyadanın ölümünə səbəb olan sürücü tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 8-də saat 5 radələrində Nizami rayonunun R.Rüstəmov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 11-də orada ölüb.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ravon” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Həsənov saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm