Bakıda daha bir binada insanlar təhlükə ilə üzləşdi - İŞƏ FHN QARIŞDI
Bizi izləyin

Hadisə

Bakıda daha bir binada insanlar təhlükə ilə üzləşdi - İŞƏ FHN QARIŞDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Qeyd edək ki, son günlər küləkli hava səbəbindən bu tip hadisələrin sayı çoxalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm