Azərbaycanda 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı hadisədən YENİ FAKTLAR
Bizi izləyin

Hadisə

Azərbaycanda 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı hadisədən YENİ FAKTLAR

Ötən gecə Şəmkir rayonunda 2 nəfərin ölümü, daha 4 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Bakı-Qazax magistralının Şəmkirin Əliyaqublu kəndindən keçən hissəsində 2 “Mercedes”in toqquşması nəticəsində ölən 1987-ci il təvəllüdlü Həsənov Orxan Mürsəl oğlu və 1985-ci il təvəllüdlü Aslanov Elmədin Mehbalı oğlu rayonun Çaparlı kənd sakini olub.

Belə ki, vaxtaşırı olaraq Rusiya Federasiyasına gedib biznes fəaliyyəti ilə məşğul olan kənd sakinləri dünən magistral yolda hərəkətdə olarkən avtomobillərdən birinin manevr qaydalarını pozması nəticəsində dəhşətli qəzaya düşüblər.

Hadisə nəticəsində ölən şəxslərin ikisi də ailəli olub.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi nəticəsində daha 4 nəfər: 1984-cü il təvəllüdlü Ağalarov Şahin Əbülfəz oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Anar Mirzə oğlu, 1998-ci il təvəllüdlü Həsənov Elvin Bayram oğlu və 1998-ci il təvəllüdlü Mərdanov Fərid Arzu oğlu xəsarət alıb. Onlar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm