DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Şəmkirdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 16-da saat 22 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Çaparlı kənd sakini Elməddin Aslanovun və Beyləqan rayon sakini Ş.Ağalarovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Aslanov və həmkəndlisi olan sərnişini Orxan Qarayev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm