Hadisə
FHN “Sədərək”dəki DƏHŞƏTLİ YANĞINI belə söndürdü - General hadisə yerindədir - FOTO/VİDEO - (YENİLƏNDİ)
Fövqəladə Hallar Nazirliyi bu gün "Sədərək" ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti məlumatı yayıb.
Publika.az xəbər verir ki, məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 m2 sahəni əhatə edib.
Yanğın saat 08:57 məhdudlaşdırılıb, saat 09:05 söndürülüb.
Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
*****
09:36
FHN-dən Publika.az-a verilən məlumata görə, yanğın söndürülüb.
Hazirda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
***
09:22
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Artıq yanğın lokallaşdırılıb.
"Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Mikayıl Qədimov isə Trend-ə bildirib ki, yanğın hadisəsi artıq söndürülüb.
***
09:05
FHN yanğının söndürülməsi ilə bağlı video və foto görüntülər yayıb.
Publika.az həmin görüntüləri təqdim edir:
***
08:09
“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.
Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...