Bakıda yanmış meyiti tapılan qadınla bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Bakıda yanmış meyiti tapılan qadınla bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda ölümlə nəticələnən yanğınla bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Sabunçu-Zabrat yolunun yaxınlığında Daş bazarı adlanan ərazidəki gecəqonduda yanmış meyiti tapılan 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının orada tənha yaşadığı məlum olub.

Belə ki, Füzuli rayonundan məcburi köçkün olan D.Cəfərova təklikdə dəmir köşkdə məskunlaşıb və haradasa işləməyib. Yaxınları daimi olaraq ona köməklik göstərirmiş.

Hadisəyə gəlincə, ötən gecə gecəqonduda hələlik tam dəqiqləşməmiş səbəblərdən yanğın başlayıb və genişlənib. Köşkü tüstü bürüdüyündən qadın oranı tərk etə bilməyib və hadisə yerində keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*****

10:43

Bakı şəhərinin Sabunçu rayonunda güclü yanğın olub.

Publika.az xəbər verir ki, ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb. Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm