Baş Prokurorluqda yeni təyinatlar - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Baş Prokurorluqda yeni təyinatlar - YENİLƏNDİ

Baş Prokurorluqda daha bir təyinat olub.

Publika.az xəbər verir ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, yeni təyinatlarla bağlı Baş Prokurorluğun internet resursunda yenilənmələr edilib.

*****

16:09

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb. Əmrə əsasən, baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub. Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı Publika.az-a təsdiqləyib.

Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzidəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb.

O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm