Daxili İşlər Nazirliyi Gəncə və Bərdədəki qəzalarla bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

Daxili İşlər Nazirliyi Gəncə və Bərdədəki qəzalarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gün baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölmüş, özü və daha 2 sərnişin xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa dünən saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini S.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Onun sərnişinlərindən həmyerlisi Ramin Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm