Hadisə
Qurban kəsib, şənlik etdilər, evə qayıdanda isə ailəsi ilə birgə... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
Fevralın 18-nə keçən gecə saat 04:40 radələrində Mingəçevir Bəhramtəpə yolunun 47-ci kilometrliyində, Bərdə rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, Ağcabədi rayon sakini Mikayıl Məhhərrəmovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla Elmir Kərimovun sürdüyü “KamAZ”ın toqquşması nəticəsində vəfat edən 1975-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlu ailə üzvlri ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndindən Bakıya qayıdırmış.
Belə ki, 3 gün əvvəl Rövşən Qardaşxanov ailə üzvləri ilə birlikdə uzun müddətdən sonra ata olan qaynının yeni doğulmuş körpəsini görmək üçün rayona gedib. Rayonda qurban kəsib şənlik keçirdikdən sonra o, Bakıda təhsil alan övladlarını 18 fevral tarixində dərsə vaxtında çatdırmaq üçün maşın tutub. Lakin gecə saatlarında yola çıxan ailə dəhşətli qəzaya düşüb.
Qəza nəticəsində R.Qardaşxanov hadisə yerində ölüb. Onun 2007-ci il təvəllüdlü oğlu Elçin ilə 2004-cü ildə anadan olmuş qızı isə xəstəxanaya yerləşdirilib. 13 yaşlı Elçin daha sonra Gəncədəki xəstəxanaya aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Muxtar
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI