Bakının mərkəzində maşınla qadını vurub qaçdılar
Bizi izləyin

Hadisə

Bakının mərkəzində maşınla qadını vurub qaçdılar

Bakıda maşınla piyadanı vurub uzaqlaşan sürücü tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 19-da saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulub və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm