• USD 1,7000 0,00% EUR 1,8740 +0,02%
    • GBP 2,1055 +0,32% RUB 0,0216 +0,93%

Bakıda yoxa çıxan 5 nəfər tapıldı - Polis məlumat yaydı

Bakıda yoxa çıxan 5 nəfər tapıldı - Polis məlumat yaydı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də 52 cinayətin üstü açılıb.

Publika.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, üstü açılan cinayətlərdən 13-ı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 10, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR