Bakıda uşaq poliklinikasında YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda uşaq poliklinikasında YANĞIN

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.

Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.

***

Bakıda yanğın hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 17 saylı uşaq poliklinikasında qeydə alınıb.

Məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi əraziyə yollanıb.

Ətraflı məlumat veriləcək. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm