Bakıda peyk antenasını düzəldən kişi yüksəklikdən yıxıldı
Bizi izləyin

Hadisə

Bakıda peyk antenasını düzəldən kişi yüksəklikdən yıxıldı

Bakıda 34 yaşlı kişi yaşadığı evin eyvanından yıxılaraq ağır xəsarət alıb.

Hadisə paytaxtın Yasamal rayonu, Məmmədhüseyn Şəhriyar küçəsi 3 ünvanında qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Zaur Rafiq oğlu yaşadığı evin eyvanında peyk antenasını düzəldən zaman ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və sol topuğun sınığı diaqnozu qoyulub. Hazırda müalicəsi həkim nəzarətində davam etdirilir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm