Bakıda çoxmərtəbəli binanın 11-ci mərtəbəsində YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda çoxmərtəbəli binanın 11-ci mərtəbəsində YANĞIN

Bu gün Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 11-ci mərtəbəsində ümumi sahəsi 145 m² olan 3 otaqlı mənzilin eyvanında su qızdırıcısı və ev əşyaları 6 m² sahədə, yataq otağında 1 ədəd çarpayı yanıb. Yüksək temperaturdan eyvanın plastik qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm