Güclü külək Gəncədə evləri qazsız qoydu - FOTO
Bizi izləyin

Hadisə

Güclü külək Gəncədə evləri qazsız qoydu - FOTO

Gəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub.

"Azəriqaz" İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti də yararsız hala düşüb. Hal-hazırda binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.

Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm