Bakıda ağır qəza – Qadın öldü
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza – Qadın öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm