Xocalıda hamının ölü bildiyi şəxsdən TÜKÜRPƏDƏN SÖZLƏR: Çingiz Mustafayev ağlayaraq... - FOTO
Bizi izləyin

Hadisə

Xocalıda hamının ölü bildiyi şəxsdən TÜKÜRPƏDƏN SÖZLƏR: Çingiz Mustafayev ağlayaraq... - FOTO

Xəbər verdiyimiz kimi, səhər saatlarından etibarən minlərlə insan Bakıda yerləşən "Ana harayı" abidəsinin önünə gələrək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Ziyarətçilər arasında Çingiz Mustafayevin ağlayaraq kadra aldığı şəxsin də olması bizi qəhərə boğdu.

Publika.az Xocalı sakini Eldayaq Həsənovun tükürpədən açıqlamasını təqdim edir: “Xocalı soyqırımında anamı, qardaşımı və bacımı itirdim. Atam isə Bakıda dünyasını dəyişdi. Əliboş, köməksiz halda zülmə məruz qalmışıq. Çox ağır dərddir. Həmin hadisələri şüurlu şəkildə təsəvvür edə bilmirəm. Çünki uşaq idim. Anamın kürəyində sağ qalmışam. Hamı elə bilib anam və kürəyindəki uşaq ölüb. Hətta Çingiz Mustafayev məni qucağına götürüb, ağlayaraq kadra alıb. Sonradan məscidə yumağa aparıblar və məlum olub ki, nəbzim döyünür. Yaşadıqlarım məndə travma yaradıb. Fikirlərini tam ifadə edə bilməməyim, yarımçıq cümlələr qurmağım həmin dəhşətin şoku ilə əlaqəlidir”.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı amansız soyqırımı törədib. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qadın olmaqla, 613 sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm