"Koronavirusa yoluxan gürcü Azərbaycanda..." - Amiran Qamkrelidze
Bizi izləyin

Hadisə

"Koronavirusa yoluxan gürcü Azərbaycanda..." - Amiran Qamkrelidze

“Koronavirusun aşkarlandığı 50 yaşlı Gürcüstan vətəndaşı Azərbaycandan gəldiyi marşrut taksisindəki şəxslərlə ünsiyyətdə olub”.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, həmin şəxs Gürcüstan ərazisinə keçəndən sonra yalnız tibbi heyətlə kontaktda olub.

A.Qamkrelidze virusun təsdiq olunduğu xəstəni müşayiət edən şəxsin də xəstəxanaya yerləşdirildiyini bildirib: “Həmin şəxsdə koronavirus təsdiqlənməsə də, o, həkimlərin nəzarəti altındadır”.

Mərkəz rəhbəri qeyd edib ki, həmin şəxslərin olduğu marşrut taksisi Gürcüstan ərazisinə daxil olmayıb.//Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm