Sumqayıtda yanğın - 3 nəfər xilas edildi
Bizi izləyin

Hadisə

Sumqayıtda yanğın - 3 nəfər xilas edildi

Sumqayıt şəhərində yanğın qeydə alınıb.

Publika.az xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində, beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 6 m² olan hamam otağında istifadəyə yararsız ev əşyaları 2 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər xilas edilib, 10 nəfər bina sakini isə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm