Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi, nənə öldü - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi, nənə öldü - (YENİLƏNDİ)

Qobustan rayonunda siçan dərmanından zəhərlənən şəxslərdən biri xəstəxanada ölüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Publika.az-a bildirib ki, hadisə nəticəsində zəhərlənən Şıxəliyeva Gülminə Gülbaba qızı qanda olan dəyişiklikdən beyin qansızması keçirib və dünyasını dəyişib: "Zəhərlənən uşaqlardan biri hazırda əməliyyatdadır. Qalan 3 nəfərin isə vəziyyəti stabildir".

***

09:17

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

Publika.az xəbər verir ki, Qobustan şəhər sakinləri - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm