Bakı polisi axtarışda olan 21 nəfəri saxladı
Bizi izləyin

Hadisə

Bakı polisi axtarışda olan 21 nəfəri saxladı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 24 cinayətin üstü açılıb.

Onlardan 11-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Soyğunçuluq üzrə 2, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 9 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm