TƏBİB Lerikdəki DƏHŞƏTLİ HADİSƏ ilə bağlı açıqlama yaydı: 2 nəfər... (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

TƏBİB Lerikdəki DƏHŞƏTLİ HADİSƏ ilə bağlı açıqlama yaydı: 2 nəfər... (YENİLƏNDİ)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lerikdə sürüşmə nəticəsində xəsarət alanların sağlamlıq durumu ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Publika.az-a verilən məlumata görə, sürüşmə zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan biri ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Digər şəxs isə xəstəxanada saxlanılır, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub. Rayonun Çayrud kəndində baş verən torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb. A.Əlirzayev ölüb, ailənin digər iki üzvü - 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəsarət alıblar. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

12:12

Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

***

Torpaq şürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.

Daha iki nəfər isə xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm