Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VAR
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VAR

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda “VAZ” və "Kia” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərinin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

“Report”un məlumatına görə, qəza nəticəsində “VAZ-2107”də olan bir ailənin 2 üzvü – Şəhriyar Həsənov və onun anası (ad və soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb. Hadisə zamanı həmçinin ailənin daha 3 üzvü – 29 yaşlı Həsənova Lamiyə Zöhrab qızı və onun övladları – 6 yaşlı Həsənova Mənisə Şəhriyar qızı, iki aylıq körpə Həsənova Məryəm Şəhriyar qızı ağır bədən xəsarətləri alıblar.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. L.Həsənovaya bədənin müştərək travması, Mənisə Həsənovaya sol bazu sümüyünün sınığı və ənsə nahiyəsinin əziyi, Məryəm Həsənovaya isə qapalı kəllə-beyin travması, baş-beyin əziyi, təpə-ənsə nahiyəsinin qəlpəli sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm