Koronaviruslu xəstələrin olduğu bina çökdü – ÖLƏNLƏR VAR
Bizi izləyin

Hadisə

Koronaviruslu xəstələrin olduğu bina çökdü – ÖLƏNLƏR VAR

Çində koronavirus xəstələrinin karantində saxlanıldığı bina çöküb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hubey əyalətindəki 6 mərtəbəli otel binasında baş verib.

Belə ki, karantində olan COVID-19 xəstələrinin qaldığı 6 bina qəfil çöküb. Dağıntılar altında azı 70 nəfərin qaldığı bildirilir. Artıq oradan 2 nəfərin cansız bədəni, daha 50 nəfər isə sağ çıxarılıb.

Qeyd edək ki, COVID-19 epidemiyasının yayılması səbəbi ilə Çində, xüsusilə də Hubey əyalətində bir sıra iaşə obyektləri funksiyasını dəyişdirərək xəstəxana kimi fəaliyyət göstərir. Çökən otel binası da belə obyektlərdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm