Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti, Lənkəran Dövlət Teatrının quruluşçu rejissoru Adil Zeynalov vəfat edib.

Publika.az xəbər verir ki, Adil Zeynalov ötən gecə Bakıda xəstəxanada 60 yaşında vəfat edib.

Aktyor xeyli müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Mərhum bu gün doğulduğu Lənkəran şəhərində torpağa tapşırılacaq.

Allah rəhmət eləsin.

Qeyd edək ki, Adil Ağakərim oğlu Zeynalov 1960-cı ildə fevralın 20-də Lənkəran şəhərində anadan olub. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olub, 1983-cü ildə oranı bitirib. İnstitutu bitirdikdən sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyorluq fəaliyyətinə başlayıb. Bir sıra yadda qalan obrazlar yaradıb. Eyni zamanda özü də bir neçə əsərin səhnə quruluşunu verib, rejissor kimi çalışıb.

Lənkəranın mədəni-ictimai həyatında fəal iştirak edən A.Zeynalov mədəniyyətimiz inkişafında göstərdiyi xidmətlərinə görə 2012-ci ildə Əməkdar artist adına layiq görülüb. 20-yaxın yaddaqalan səhnə obrazlarını canlandırıb, 15-dək tamaşanın rejissoru olub, bir teleserial və 4 tammetrajlı filmdə çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm