Azərbaycanlı məşhurun qızı koronavirus şübhəsilə karantinə alındı
Bizi izləyin

Hadisə

Azərbaycanlı məşhurun qızı koronavirus şübhəsilə karantinə alındı

Moskvada yaşayan azərbaycanlı rəssam Aydan Salahova İtaliyadan qayıdarkən koronavirus (COVİD-19) şübhəsi ilə karantinə alınıb.

Bu barədə o, öz Feysbuk səhifəsində video paylaşıb.

O bildirib ki, təyyarədə xəstə olduğu üçün birbaşa karantinə köçürülüb: “Əslində simptomları olmayan hər kəsi karantinə götürürlər. Əgər təyyarədə xəstə olmasaydı, ev şəraitində karantində olacaqdım, amma indiki halda bütün müddəti burda keçirəcəm. Bu zaman kəsiyində üç analiz verəcəm”.

Qeyd edək ki, Aydan Salahova dünya şöhrətli məşhur Azərbaycan rəssamı Tahir Salahovun qızıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm