Magistral xətdə qəza baş verdi - Bakının bu hissələri susuz qaldı
Bizi izləyin

Hadisə

Magistral xətdə qəza baş verdi - Bakının bu hissələri susuz qaldı

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına içməli suyun verilməsi dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, "Azərsu" ASC-nin əməkdaşları və xüsusi texnikası əraziyə cəlb olunub, qəzanın qısa müddətdə aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm