Bakıda yol qəzası zamanı avtomobil yandı
Bizi izləyin

Hadisə

Bakıda yol qəzası zamanı avtomobil yandı

Bakıda yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hadisə Tbilisi prospektindən 20 Yanvar dairəsi istiqamətində gedən yolda (İST Petrol yanacaqdoldurma məntəqəsinin qarşısında) baş verib.

"Nəticədə avtomobil yanıb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Qəza səbəbindən yolda sıxlıq müşahidə olunur", - deyə BNA rəsmisi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm