• USD 1,7000 0,00% EUR 2,0154 +0,29%
    • GBP 2,3675 +0,38% RUB 0,0231 0,00%

Bayraq meydanının yaxınlığında dəhşətli qəza - ÖLƏN VAR

  • Hadisə
  • 16 Mart 2020 09:01
  • 1 505 Baxış
Bayraq meydanının yaxınlığında dəhşətli qəza - ÖLƏN VAR

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Bayraq meydanı yaxınlığında qeydə alınıb. Belə ki, “KaMAZ” markalı yük maşını ilə “VAZ-21015” markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Çingiz Bəylər oğlu hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR