Azərbaycanda avtomobil su kanalına aşdı - Ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

Azərbaycanda avtomobil su kanalına aşdı - Ölən və yaralananlar var

Martın 16-da saat 22 radələrində Bərdə rayonunda ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Lənbəran kəndi ərazisində Gəncə şəhər sakini C.Xıdırzadə idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb.

Nəticədə avtomobildəki 3 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Sadəgül Həsənova orada ölüb.

Faktla bağlı Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm