
Pakistanın Bəlucistan vilayətindəki kömür mədənində güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, hadisə zamanı azı 7 nəfər həyatını itirib. Çox sayda yaralı var. Məlumata görə, partlayışa qaz sızması səbəb olub. İddialara görə, naməlum şəxslər qaz xəttindən oğurluq məqsədilə əlavə boru xətti çəkiblər.
Boruların birləşdirilməsi zamanı yol verilən nöqsan qazın sızmasına səbəb olub.
Anar Türkeş