Astarada 28 yaşlı gənc özünü asdı
Bizi izləyin

Hadisə

Astarada 28 yaşlı gənc özünü asdı

Astara rayonunda intihar hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Şiyəkəran kəndində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü kənd sakini Vüqar Rasim oğlu Məmmədovun kəndirdən asılı vəziyyətdə cansız bədəni həyətdəki tövlədə aşkar olunub.

V. Məmmədovun subay olduğu deyilir. Onun ölüm səbəbi hələlik məlum deyil.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm