Bakıda 2 avtomobil yandı
Bizi izləyin

Hadisə

Bakıda 2 avtomobil yandı

Ötən gecə Bakıda 2 minik avtomobili yanıb.

Publika.az Fövqəladə Halar Naziriyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar hadisə Bakı şəhərinin Pirallahı rayonunda da qeydə alınıb. “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm