Hadisə
Azərbaycana qanunsuz gətirilən 6 milyonluq siqaretin realizəsinin qarşısı alındı - FOTO/VİDEO
Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəmizə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat təşkil edən tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan Respublikasının vətəndaşı Tahirov İlkin Əlifağa oğlunun faktiki istifadəsində olan qapalı tipli anbarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda yerləşən 500 kvadratmetrlik qapalı tipli anbara baxış keçirib. Yoxlama zamanı anbarda 5041 karton qutu aşkar olunub. Qutulara baxış keçirilən zaman oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 924000 qutu "Milano", 983500 qutu "Cavallo", 584000 qutu "Kent Nanotek 2" və 29000 qutu"Marlboro Gold Edge" markalı, ümumilikdə isə 50 410 000 ədəd siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!