Hadisə
Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanıldı
Zaqatalada koronavirus infeksiyası haqqında yalan məlumat yayan şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək ifadələr səsləndirib.
Həmin görüntülər əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həmin şəxsin rayonun Əliabad qəsəbə sakini Nadir Mahmudov və onu videoya çəkənin Mahma Əlixanov olduğu müəyyən edilərək saxlanılıblar. Saxlanılan şəxslər həmin videonu çəkərkən sərxoş olduqlarını və etdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI