Paytaxtda iki mənzil yandı
Bizi izləyin

Hadisə

Paytaxtda iki mənzil yandı

Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında iki mənzil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzildə televizor, soyuducu və lambirindən ibarət tavan 12 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəx mebeli 6 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 90 m2 birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 12 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm