Keçmiş icra başçısının bacısı oğlu qəza törətdi, 3 nəfər öldü
Bizi izləyin

Hadisə

Keçmiş icra başçısının bacısı oğlu qəza törətdi, 3 nəfər öldü

Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Şabranda baş verən ağır yol qəzasında rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu hadisə yerində ölüb.

Digərləri - İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Cəlal Babayev H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.

Qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm