Mübariz Mənsimov azadlığa çıxıb? - RƏSMİ
Bizi izləyin

Hadisə

Mübariz Mənsimov azadlığa çıxıb? - RƏSMİ

“Mübariz Mənsimovun azadlığa buraxılması, yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barədə yayılan xəbərlər əsassızdır”.

Publika.az xəbər verir ki, bunu “Palmali” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva feysbuk hesabında yazıb.

O xahiş edib ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynanmasın: “Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın”.

Qeyd edək ki, bu gün yerli mətbuatda Mənsimovun azadlığa buraxılması və cəzasının ev həbsi ilə əvəzlənməsinə dair məlumatlar yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm