Azərbaycanda 2 nəfərin öldüyü dəhşətli hadisənin GÖRÜNTÜLƏRİ - FOTOLAR
Bizi izləyin

Hadisə

Azərbaycanda 2 nəfərin öldüyü dəhşətli hadisənin GÖRÜNTÜLƏRİ - FOTOLAR

Masallı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, Ərkivan qəsəbəsində KİA, "Mercedes" və "Vaz 2107" markalı avromobillərin toqqquşması nəticəsində sonuncuda olan şəxslərdən 2-si vəfat edib. Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.

Qryd edək ki, Ərkivan qəsəbəsi ərazisində Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Zaur Talıbov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə hərəkətin əks istiqamətinə çıxaraq ötmə əməliyyatı edən rayon sakini, 2001-ci il təvəllüdlü Ümid Əşrəfovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobil əks yola çıxaraq qarşı yolda hərəkətdə olan, 1970-ci il təvəllüdlü Kənan Hatəmovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub.

Toqquşma zamanı K. Hatəmov və onun sərnişini, 1982-ci il təvəllüdlü Ağa Alışov hadisə yerindəcə ölüb, digər sərnişinlər Tahirə Əliyeva və Hədiyyə Əliyeva ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm