Masallıda partlayışda xəsarət alanlardan 2-si xəstəxanada öldü
Bizi izləyin

Hadisə

Masallıda partlayışda xəsarət alanlardan 2-si xəstəxanada öldü

Masallı rayonunda baş verən partlayışda xəsarət alan 2 nəfər xəstəxanada dünyasını dəyişib.

Hadisə aprelin 16-da Təzə Alvadı kəndində baş verib. Kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində baş verən partlayış zamanı İ.Qədiyev, həyat yoldaşı Sevinc Qədiyeva, övladı Rüfanə Qədiyeva, Cahid Qədiyev və Zəhra Qədiyeva ağır xəsarətlər alıblar. Yaralılar Bakı şəhər 5 saylı şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilsələr də, İ.Qədiyev və həyat yoldaşı S.Qədiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi 314.3.cü maddəyə tövsif edilib. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm