Bakıda sürücülər arasında baş verən davaya görə araşdırma başladı
Bizi izləyin

Hadisə

Bakıda sürücülər arasında baş verən davaya görə araşdırma başladı

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində sürücülər arasında baş verən hadisəyə münasibət bildirib.

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, vətəndaş hadisə ilə bağlı aidiyyəti üzrə zəng edərək məlumat verib.

O qeyd edib ki, faktla bağlı araşdırmalara başlanılıb:

"Sosial şəbəkələrdə bu barədə videogörüntülər yayılıb. Həmin videogörüntülərlə əlaqədar araşdırılması və tədbirlərin görülməsi üçün biz də aidiyyəti üzrə məlumat vermişik. Çox güman ki, araşdırıldıqdan sonra nəticə barədə məlumat yayılacaq".

V.Əsədov əlavə edib ki, sürücülər arasında baş verən belə hadisə xoşagələn hal deyil: "Yəni vətəndaşlar və sürücülər bir-birlərinə qarşı belə özbaşına hərəkət etməməlidirlər. Qanun vətəndaşlar tərəfindən biri-birinə qarşı qaydaların pozulmasına görə irad tutulmasına icazə verir. Amma bu, hörmət şəkilində olmalıdır. Onlar bir-birini acılamamalıdır. Onu da deyim ki, xüsusən də hazırkı vəziyyətlə əlaqədar olaraq sürücülər təmkinli olmalıdırlar, kobudluğa yol verməməlidirlər. Sürücülər unutmasın ki, törədilən hər bir xəta kameralar vasitəsi ilə qeydə alınır və kimliyindən aslı olmayaraq, xəta törədən texniki vasitələrlə aşkarlandıqdan sonra barələrində inzibati tədbirləri də görülür".

Qeyd edək ki, sosial şəbəkələrdə aprelin 26-da Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək ondan yol istəməsi barədə məlumat yayılıb.

Belə ki, qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik sürücüyə əl-qol ataqraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə polisə şikayət edib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm