ABŞ-da avtomobilində ölü tapılan gəncin nəşi Azərbaycana gətiriləcək
Bizi izləyin

Hadisə

ABŞ-da avtomobilində ölü tapılan gəncin nəşi Azərbaycana gətiriləcək

ABŞ-ın Şimali Karolina ştatında avtomobilində ölü tapılan gəncin nəşi Azərbaycana gətiriləcək.

Publika.az “Diasporpress”ə istinadla xəbər verir ki, Samir Ayaz oğlu Hüseynovun cənazəsi artıq Nyu York şəhərinə gətirilib. Mərhumun nəşi oradan Azərbaycana göndəriləcək.

Qeyd edək ki, S.Hüseynov Şimali Karolina ştatında daxili yükdaşımalarla məşğul olub. O, avtomobilin arxa kabinasında yatan zaman havalandırma sistemində nasazlıq baş verib. Nəticədə avtomobildən çıxan işlənmiş qaz kabinaya sızıb və gənc vəfat edib.

O, Azərbaycan vətəndaşı olub və “Yaşıl kart” (Green Card) vasitəsilə Şimali Karolina ştatına köçüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm