DİN 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Göyçayda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 2-də saat 18 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakinləri R.Abdullayevin idarə etdiyi “Daewoo” və Ələkbər Babayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Babayev hadisə yerində ölüb, sərnişini Aqşin Allahverdiyev isə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm