Hadisə
Azərbaycan ədəbiyyatına AĞIR İTKİ - Tanınmış şair vəfat etdi
Tanınmış şair, nəsimişunas Oqtay İsmayıllı (Fərzəliyev Oqtay Baba oğlu) vəfat edib.
Publika.az xəbər verir ki, O.İsmayıllı doğulub boya-başa çatdığı və işlədiyi doğma kəndində dünyasını dəyişib.
Qeyd edək ki, Oqtay Fərzəliyev 1955-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki N. Tusi adına ADPU) dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-cı ildə təyinatla Laçın rayonuna göndərilmiş və 3 il həmin rayonun Şeylanlı kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib.
1979-cu ildən indiyədək Diyallı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir. Ali kateqoriyalı metodist müəllimdir. Onun adı Təhsil Nazirliyinin “Şərəf kitabı”na yazılıb.
Oqtay İsmayıllı 1970-ci ildən rayon, 1980-ci ildən isə respublika mətbuatında əsasən şeirlərlə çıxış edib. Şeirləri “Yaşıl budaqlar”, “Azərbaycan”, “Poeziya günü”, “Dağ çiçəkləri”, “Abşeron inciləri”, “XX əsr Şirvan şairləri” almanaxlarına salınıb. O, dərc olunmuş 50-dən artıq elmi-kütləvi məqalənin, çoxsaylı mədəni, ictimai-siyasi xarakterli yazıların müəllifidir. Doğma kəndinin keçmişi ilə bağlı yazdığı iri həcmli tarixi-etnoqrafik məqalə rayon qəzetində hissə-hissə dərc olunub, sonra Lətifə xanım Əliyevanın “Diyallı” kitabına daxil edilib.
Oqtay İsmayıllı 3 kitab müəllifidir. “Dodaqla dil arasında” 2007-ci, “Rübailər” 2008-ci, “Müqəddəs söz günü” 2012-ci ildə nəşr edilib.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO