Güclü külək Gəncədə fəsadlar törətdi
Bizi izləyin

Hadisə

Güclü külək Gəncədə fəsadlar törətdi

Gəncədə axşam saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.

Publika.az xəbər verir ki, şəhərin Sadıllı qəsəbəsində, Əli Nəzərov, Abbas Səhhət, Şahsevənlər və Təbriz küçələrində, eləcə də bir sıra digər ərazilərdə ağaclar aşıb.

Aşan ağaclar naqilləri zədələdiyindən şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır. / AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm