Bakıda bir gecədə 3 nəfər bu səbəbdən öldü - RƏSMİ MƏLUMAT
Bizi izləyin

Hadisə

Bakıda bir gecədə 3 nəfər bu səbəbdən öldü - RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, mayın 22-də saat 23 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - paytaxt sakini Azər Bədirli hadisə yerində ölüb.

Eyni saatda Xətai rayonu ərazisində Bakı şəhər sakini H.Şamilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərə vurub, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəyib. Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilib. F.İsgəndərov orada ölüb.

Daha bir ağır qəza gecə saat 1 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm